20.10.2024, 09:28
AZ EN
29.09.2023, 16:00 203

Kamal Həsənov Qaradağda məskunlaşmış Cəbrayıl sakinlərini qəbul edib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sakinlərlə növbəti səyyar görüş-qəbulunu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, rayonunun akademik Mehdi Mehdizadə adına tam orta məktəbində keçirib. Qəbulda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər. 

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, ölkə ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Rayon rəhbəri qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlər üçün müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Sakinlər son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, həmçinin, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər