04.02.2026, 15:47
AZ EN
21.01.2026, 10:06 258

Gürcüstandan Azərbaycan sərhədinə yeni yol çəkiləcək

XƏBƏRLƏR
  • Gürcüstandan Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq avtomobil yolunun Tsnori-Laqodexi hissəsi yenidən qurulacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilir ki, Gürcüstandan Azərbaycan sərhədinədək çəkiləcək yolun inşası ilə bağlı beynəlxalq tender elan olunub. Qonşu ölkənin İnfrastruktur Nazirliyinin Yollar Departamenti bəyan edib ki, ümumi uzunluğu 40,4 kilometrlik yol ikizolaqlı olacaq. Layihə iki hissədən ibarətdir - 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsi və 9,5 kilometrlik Laqodexi dolama yolu.

Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib. Tenderdə beynəlxalq səviyyəli avtomobil yollarının tikintisində təcrübəsi olan iştirak edə bilər. İddiaçılar tender təkliflərini fevralın 17-dən gec olmayaraq Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentinin nəzdində yaradılmış komissiyaya təqdim etməlidirlər.

Elxan SALAHOV

Oxşar xəbərlər