23.12.2024, 23:27
AZ EN
05.07.2022, 10:20 492

Ağdam Sənaye Parkına 50 mln. manatdan çox investisiya yatırılacaq

XƏBƏRLƏR
  • Ağdam Sənaye Parkına 50 mln. manatdan çox investisiya yatırılması nəzərdə tutulur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır.
“190 ha ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 mln. manatdan çox investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, - nazir əlavə edib. (APA)

Oxşar xəbərlər