"Mütəxəsisslərimiz bu ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra nəzarətimizə keçən ərazilərdə mövcud mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, dəymiş ziyanın təftişi ilə bağlı işlərə başlayıblar".
"Vətən səsi" xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, qısa zamanda bu işlər başa çatdırılacaq: "Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı var. Bunlardan 143 faydalı qazıntı yatağı 2020-ci ildə keçirilən əks-hücum əməliyyatları nəticəsində azad edilmişdi. Sonuncu dəfə keçirilən antiterror əməliyyatlarından sonra isə 23 yataq nəzarətimizə keçdi. Həmin ərazilərdə qızıl, mis, qaz-kömür, mərmər, mərmərlənmiş əhəng kimi digər spektrli yataqlar var".
Əli Əliyev bildirib ki, sentyabrın 19-20-də Qarabağda keçirilən antiteror tədbirlərindən sonra əsas lövbər yataqlardan olan "Qızılbulaq", "Dəmirli" və "Çardaxlı" yataqları da Azərbaycanın tam nəzarətinə keçib. Belə ki, "Qızılbulaq" tamamilə qızıl, "Dəmirli" qızıl və mis, "Çardaxlı" isə kömür yatağıdır: "Bunlardan başqa da nəzarətimizə keçən ərazilərdə faydalı yataqlarımız var".
Elxan SALAHOV