Fuad Oktay: “Xocalıda yaşanan vəhşiliklər hələ də ürəyimizi yandırmağa davam edir”
XƏBƏRLƏR
Türkiyənin vitse-prezidenti Fuad Oktay Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “31 il əvvəl Xocalıda yaşanan vəhşiliklər hələ də ürəyimizi yandırmağa davam edir. Həyatını itirən qardaş və bacılarımızı yad edirik. Can Azərbaycanın dərdi bizim dərdimizdir. Unutmadıq, unutmayacağıq!” (APA)