26.01.2026, 16:01
AZ EN
26.01.2026, 14:24 79

Ukraynadan Zəngəzurla bağlı açıq mövqe

XƏBƏRLƏR
  • Rusiya Cənubi Qafqazda mövqelərini itirir. "Tramp Marşrutu" və ya TRIPP layihəsi adlandırılan Zəngəzur dəhlizi Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən məhrum edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKX) bəyanatında bildirilib. Qeyd olunur ki, Ermənistanla Amerikanın yaratdığı “TRIPP Company” adlı birgə şirkət ən azı 49 il ərzində layihənin fəaliyyətini təmin edəcək. Həmin şirkət yaxın keçmişdə baş vermiş müharibə zamanı düşmən olmuş tərəflər - Ermənistanla Azərbaycan arasında kommunikasiya funksiyasını yerinə yetirəcək. baxmayaraq ki, 44 günlük müharibəyə qədər bölgədəki əsas və alternativsiz kommunikator Moskva hesab edilirdi.

Bəyanatda vurğulanır ki, TRIPP çərçivəsində neft-qaz kəmərlərinin, fiber-optik şəbəkələri, həmçinin Ermənistanın İranla sərhədi boyunca (Mehri) dəmir yolu və avtomobil yolunun yaradılması planlaşdırılır: "Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan Transxəzər Marşrutunda vacib bağlantı rolunu oynayacaq".

Ukrayna kəşfiyyatı Ermənistan liderlərinin məsələ ilə bağlı bəyanatlarına da diqqət çəkib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə istinad olaraq qeyd bildirilir ki, layihədə Rusiya iştirakının məsələsi ABŞ və Ermənistan tərəfindən hətta müzakirə də edilməyib: "Ermənistan Baş naziri Nikol Paşinyan da demək olar ki, ultimativ tərzdə Rusiya Dəmir Yollarına müraciət edərək, qısa müddətdə Azərbaycan və Türkiyə sərhədlərinə gedən dağıdılmış yolların bərpasını tələb edib. Əks halda, o bildirib ki, bərpa Ermənistan tərəfindən həyata keçiriləcək və bu, Rusiyanın bölgədə mövcudluğu barədə suallar yaradacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər