26.01.2026, 19:01
AZ EN
26.01.2026, 17:29 36

Ermənistanın sərhədlərin açılmasından böyük gözləntiləri var

XƏBƏRLƏR
  • Ermənistanın Türkiyə ilə sərhədləri açması üçüncü ölkələrdən turist axınının artmasına gətirib çıxaracaq.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinə baxış zamanı Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetiyan bildirib. Onun sözlərinə görə, Türkiyə ilə sərhədin açılması ən qısa vaxtda iqtisadiyyata praktiki və müsbət təsir göstərə bilər.

Nazir müavini qeyd edib ki, Ermənistan böyük ölçüdə Lars keçid məntəqəsindən asılıdır və Türkiyə ilə sərhədin açılması iqtisadi subyektlərə bir neçə istiqamətdə kömək edəcək. Anuşik Avetiyan hesab edir ki, bu, ilk növbədə nəqliyyat xərclərini azalacaq, tədarük zəncirləri qısalacaq və bazarlara çıxış imkanları genişlənəcək: "Otuz ildən çoxdur bağlı sərhədlər uzun illər ərzində logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və Ermənistan istehsalçıları üçün qlobal bazarda mövqe tutmaq baxımından ciddi çətinliklər yaradıb. Sərhədlərin açılması bütün istiqamətlərdə inkişafa təkan verəcək".

Avetisyan Türkiyə ilə sərhədin açılmasının Ermənistanın ixracın diversifikasiyası gündəliyi baxımından da mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, sərhədin açılması məhdud marşrut və istiqamətlərdən asılılığın azaldılmasına, yeni bazarlara çıxış və ixracın şaxələndirilməsinə imkan verəcək"Müstəqil ekspertlərin apardığı araşdırmalar da bunun xarici ticarətə müsbət təsir göstərəcəyini, eyni zamanda investisiya axınları və mühitinin yaxşılaşacağını göstərir. Bu zaman investisiya axınlarının həcminin təkcə Ermənistanda deyil, bütün regionda təxminən 20 faiz artacağı gözlənilir”.

Nazir müavininin fikrincə, Türkiyə ilə sərhədin açılması Ermənistanın Avropa İttifaqına ixrac imkanlarını genişləndirə bilər. Avetisyan açıq sərhədlərin yalnız Ermənistan üçün deyil, bütün region üçün faydalə olacağını iddia edib: "Tranzit axınlarının aktivləşməsi və tədarük zəncirlərinin qısalması bütün maraqlı tərəflər üçün sərfəlidir. Bu, regionun beynəlxalq ticarət marşrutlarında rəqabət qabiliyyətini və cəlbediciliyini artıracaq".

Elxan SALAHOV

Oxşar xəbərlər