Doğma yurda qayıdan keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar hadisə münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Sonra sakinlərə evlərin açarları təqdim edilib.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülüb.
Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (Trend)