Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: “Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. KTMT missiyası ilə bağlı sənədi qəbul etmək mümkün olmadı”.
S.Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var.