11.09.2025, 14:28
AZ EN
11.09.2025, 10:40 26

Paşinyan Vaşinqtonda imzalanan sənədi parlamentdə göstərərək dedi ki...

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Paşinyanın dünənki açıqlaması da “dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır".

"Vətən səsi" xəbər verir ki, politoloq Asif Nərimanlı Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi və Vaşinqton razılaşmaları haqqında dünənki açıqlamasını şərh edərkən belə deyib.

Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər. Asif Nərimanlının sözlərinə görə, Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. İlham Əliyev də bildirmişdi ki, bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil”.

Siyasi şərhçinin fikrincə, təmasın olmaması baxımından Paşinyanın “oxuma cihazları” Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan “Naxçıvana maneəsiz keçid” dedikdə təkcə heç bir təmasın olmamasını nəzərdə tutur, yoxsa, ümumiyyətlə hər hansı yoxlamanın olmamasını - bunun detalları hələ açıqlanmayıb: "İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər".

Xatırladaq ki, Ermənistan Baş naziri dünən parlamentdə çıxışı zamanı Azərbaycan Prezidenti ilə Vaşintonda imzalanan sənədi göstərərək deyib ki, həmin protokolda özü və İlham Əliyevlə yanaşı ABŞ lideri Donald Trampın da imzası var: "Vaşinqtonda Ermənistan və Azərbaycan növbəti dəfə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb".

Paşinyan əlavə edib ki, TRİPP (Zəngəzur dəhlizi) Ermənistan və ABŞ arasında müzakirələr üçün gündəm məsələsidir.

​​​​​​​Elxan SALAHOV

Oxşar xəbərlər