01.07.2025, 19:20
AZ EN
13.09.2022, 10:06 569

Aygün Attar: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”

XƏBƏRLƏR
  • “Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”.

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviter səhifəsində yazıb.

“Azərbaycanın sərhədləri boyunca işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən silahlı müdaxilələr həyata keçirilir. Laçınla sərhəd istiqamətinə mina döşənir. Nəticədə Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir”, - o vurğulayıb. (Report)

Oxşar xəbərlər