08.06.2025, 23:05
AZ EN
25.11.2024, 17:57 183

Qarabağ ermənilərinin Ermənistanı tərk etməsinin əsas səbəbi...

XƏBƏRLƏR
  • Qarabağı könüllü tərk edərək Ermənistana köçmüş ermənilərin üçüncü ölkələrə köçməsinin əsas səbəbi ölkədə sosial vəziyyətin həddindən artıq pisləşməsidir. Ermənistan dövləti büdcədən Qarabağa ayırdığı yardımları tamamilə dayandırdı və həmin insanlar tamimilə müdafiəsiz qaldı. Ona görə də onlar Ermənistan tərk edib başqa ölkələrə köçdülər.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. Onun sözlərinə görə, Ermənistandakı mövcud sosial gərginlik tezliklə daha da artacaq və bu, ölkədəki böhranı daha qabarıq görünəcək: "Artıq bütün dünya bilir ki, Qarabağdan Ermənistana köçən ermənilər ölkəni tərk edib. Bunu Beynəlxalq Valyuta Fondu da təsdiq edib. Fond həm də Ermənistanda ÜDM-in artım tempinin azalacağını və işsizliyin artacağını proqnozlaşdırır. Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün müəyyən imkan pəncərəsi yaratmışdı. Nikol Paşinyan bütün bunu özünün “görünməmiş siyasət”inin nəticəsi kimi təqdim edirdi. Diletantizm və populizm bu imkandan institusional islahatlar və iqtisadiyyatın sistemli inkişafı üçün istifadə etməyə imkan vermədi. Hökumət Qarabağdan ölkəyə köçkünlərin Ermənistanda qalmaları heç nə etmədilər. Halbu ki, hamı gözləyirdi ki, bunun üçün əlverişli qanunvericilik mühiti yaradılacaq. Amma bunu da etmədilər və onlar onlar Ermənistanı tərk etdirlər".

Surenyants Qarabağ Ermənilərinin Ermənistanı tərk edərək üçüncü ölkələrə köçməsini İrəvandakı iqtisadi gerilik və həyat şəraitinin ağırlaşması ilə əlaqələndirib. O, əlavə edib ki, bunun məsuliyyəti Baş nazir Nikol Paşinyanın və prezidentin üzərinə düşür.

Elxan SALAHOV

 

Oxşar xəbərlər