20.04.2025, 06:03
AZ EN
19.08.2023, 12:30 253

Hikmət Hacıyev: “France24” Azərbaycan xalqının ağrı-acısını əks etdirən fotonu “erməniləşdirib”, bu, təbliğatın iyrənc formasıdır

XƏBƏRLƏR
  • Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, “France24“ agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24“ həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb. (APA)

Oxşar xəbərlər