Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.
Nazir ermənilərin Laçın şəhəri, Sus və Zabux kəndindən çıxarkən dağıntılar törətməsinə də reaksiya verib. Nazir baş verənləri insanlıq üçün utanc adlandırıb.
“Ermənilər buraları yandırırlar və eynilə Birinci Qarabağ müharibəsində etdikləri kimi, insanlığın utanacağı işlər görürlər. Ermənistan dərs götürməlidir. Bizim Erməınistanla normallaşmanın əldə olunması istiqamətində səmimiyyətimizi hamı görür. Ermənistan tərəfi bilsin və unutmasın ki, bizim Azərbaycandan fərqli istədiyimiz bir şey yoxdur. Biz barış istəyirik. Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etməsi vacibdir. Azərbaycan bu əraziləri bərpa etmək inkişaf etdirmək istəyir, bu ərazilərdə yaşayan ermənilərə “buyurun, gəlin bütün haqlarınızı istifadə edəcəksiniz" deyir. Azərbaycan hərtərəfli sülh sazişi təklif edir. Bundan artıq Azərbaycan nə etsin? Azərbaycan tək dərdi torpaqlarını geri almaq idi, aldıqdan sonra indi isə tək istəyi davamlı sülhdür". (APA)