"Vətən səsi" xəbər verir ki, bu qərar Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə ay əvvəlki açıqlamasına siyasi iradə nümayiş etdirməsi ilə mümkün olub. Paşinyan hökumətin iclasında bu barədə velə deyib: "Ktriç Nersisyanu öz rütbəsindən məhrum edilib, çünki o, subaylıq andını pozub. O, özünə bənzər insanlarla birlikdə patriarx taxtını ələ keçirib. Ata Arama və ona oxşar keşişlərə dəstək vermək üçün bütün mənəvi və hüquqi əsaslarımız var. Onlar Ermənistanda həqiqi ruhi həyatı bərpa edə bilərlər”.
Paşinyan vurğulayıb ki, Ermənistan Qriqoryan kilsəsini indiki patriarxlardan təkbaşına “təmizləməyə” və hətta “buna həyatını həsr etməyə” hazırdır.
Xatırladaq ki, kilsədə özünə tərəfdar toplamaqla Nikol Paşinyanı hakimiyyətdən devirmək məqsədilə planlar hazırlayan II Qaregin uzun müddətdir vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra o, bir qrup şəxslə erməni kilsəsinin rəhbərliyini ələ keçirib.
Elxan SALAHOV