19.09.2024, 05:57
AZ EN
23.07.2023, 11:28 183

Oubai Şahbandar: Qarabağa gəlməyimizin əsas səbəbi burdakı vəziyyəti dünyaya çatdırmaqdır

XƏBƏRLƏR
  • Oxucular, izləyicilər qarşısında bizim əsas məqsədimiz onlara reallığı çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması bizim əsas vəzifəmizdir.

Bunu müdafiə analitiki Oubai Şahbandar Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyada dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarının müzakirəsi zamanı deyib.

Qarabağa gəlməyimizin əsas səbəbi burdakı vəziyyəti dünyaya çatdırmaqdır. Hadisələri olduğu kimi görərək reallığı ictimaiyyətə çatdırmaq ən vacib məsələmizdir. Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq. Həmin ərazidə reportaj edərək şərhlərimizi bildirdik, gördüklərimizi ictimaiyyətə çatdırmağa çalışdıq. Dünyada bəzilərinin heç xəbəri yox idi ki, Azərbaycan, Şuşa haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj sayəsində beynəlxalq ictimaiyyətə çatdırdıq. (AZƏRTAC)

Oxşar xəbərlər