19.04.2024, 12:29
AZ EN
15.02.2023, 15:35 274

Əli Əsədov Dünya Hökumət Sammitində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi Azərbaycanın inkişafına böyük təkan verəcək.

Nazirlər Kabinetindən verilən xəbərə görə, bunu bu gün Baş nazir Əli Əsədov Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında çıxışında bildirib.

Baş nazir bildirib ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. (APA)

Oxşar xəbərlər