"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib. Onun fikrincə, Paşinyan Baş nazir olduğu 2018-ci ildən bəri Ermənistan Avropaya inteqrasiya istiqamətində böyük irəliləyiş əldə etsə də, bu erməni xalqına və ölkə iqtisadiyyatına hər hansı rahatlıq gətirməyib. Əksinə, ölkədə siyasi qütbləşmə dərinləşib, iqtisadiyyat daha da tənəzzülə uğrayıb və ən qonşularla münasibət daha da pisləşib: “Bütün bunlar Ermənistan üçün əlavə problemlərdir. Ona görə də Nikoldan qurtulma prosesi və ondan sonrakı dövr ciddi risklərə malikdir. Ermənistanın müharibədən sonrakı bərpası ciddi intellekt, dünyagörüşü, zaman və imkanları düzgün qiymətləndirmək, dünya ilə danışmaq üçün düzgün dil tələb edir”.
Ovannisyan əlavə edib ki, hazırkı reallıqlar Ermənistanın yaxşılığa doğru irəliləmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırı və gələcəkdə vəziyyət indikindən daha çətin olacaq.
Elxan SALAHOV