Qərbi Azərbaycan İcmasından bildirilib ki, Moldovanın keçmiş ombudsmanı xanım Aurelia Qriqoriu ilə İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov arasında baş tutan görüşdə deportasiyanın humanitar nəticələri barədə qonağa məlumat verilib.
Xanım Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasının insan hüquqlarının pozuntusu olduğunu bildirdib və xalqlar arasında anlaşma və sülhə yardım etmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək. (AZERTAC)