19.10.2024, 15:49
AZ EN
30.10.2023, 17:53 200

Ülviyyə Zülfiqar: Bəzi beynəlxalq təşkilatlar Ermənistan tərəfinin narrativlərinə üstünlük verir

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması regionda və dünyada baş verən prosesləri yaxından izləyir, nümayiş olunan qərəzli yanaşmalarla bağlı isə dünya ictimaiyyətinə bəyanatlar, məlumatlar çatdırır.

Bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib.

Ü. Zülfiqar bildirib ki, beynəlxalq qurumlar və bəzi dövlətlər regionla bağlı ikili standartlar nümayiş etdirir. Onlar bölgədəki məsələlərə birtərəfli mövqedən yanaşır, Ermənistan tərəfinin narrativlərinə üstünlük verir. Amma Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası, onların öz yurdlarına qayıtmaları istiqamətində hər hansı məsələ qaldırmır, bununla bağlı müraciətlərimizə bir çox hallarda səssiz qalırlar.

“Qarabağdakı xristian dininə aid tarixi abidələrlə bağlı heç bir təhlükə olmadığı, əksinə, Azərbaycan dövlətinin abidələri öz maliyyə hesabına bərpa etdiyi halda ikili standartlardan yanaşaraq guya onların qorunmasına ehtiyac olduğunu bildirən bəzi beynəlxalq qurumlar və ölkələr Qərbi Azərbaycanda, eləcə də 30 illik işğal dönəmində Ermənistan tərəfindən dağıdılan mədəniyyət nümunələrimizlə bağlı heç bir mövqe səsləndirmir”, - deyə o qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər