23.11.2024, 00:38
AZ EN
31.07.2024, 09:11 294

ABŞ Azərbaycanla Ermənistan arasında sərhəd müzakirələrini diqqətdə saxlayır

XƏBƏRLƏR
  • "Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Bu, iki qonşu dövlət arasında ərazi mübahisələrinin birdəfəlik həlli baxımından böyük əhəmiyyət daşıyır".

"Vətən səsi" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib: "Hər iki tərəf sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhəd xətlərinin hara olması barədə razılığa gəliblər. Hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xəttlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur".

Amerikalı diplomat vurğulayıb ki, sərhədlərin demarkasiyası Azərbaycanla Ermənistanın bərabər şəkildə üzərində işlədiyi çox vacib və mürəkkəb prosesdir. Onun sözlərinə görə, bu prosesdə ortaya çıxa biləcək mübahisələrin həlli ilə bağlı rəsmi Vaşinqton öz dəstəyini əsirgəməyəcəyini hər iki tərəfə çatdırıb: "Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf eyni fikirdə olmadığı müddətcə, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi ilə bağlı danışıqlar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanal vasitəsilə də danışıqlar davam edir."

Elxan SALAHOV

Oxşar xəbərlər