08.09.2024, 07:34
AZ EN
17.02.2023, 13:51 216

İordaniya qəzetləri Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini dərc ediblər

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Ölkəmizin İordaniyadakı səfirliyində bildiriblər ki, BMT-nin rəsmi dillərindən biri olan ərəb dilində yayılan həmin müraciət dost ölkənin aparıcı KİV-nin böyük marağına səbəb olub.

“Əl Ənbat”, Cohina”, “Alsaa”, “Nəbd Əl Balad” qəzetlərində tam mətni dərc olunmuş müraciətdə İordaniya ictimaiyyətinə 2020-ci ildə öz torpaqlarının işğalına son qoymuş dost və qardaş Azərbaycan xalqının XX əsr boyu Ermənistan tərəfindən məruz qaldığı cinayətlər barədə geniş məlumat verilib. Eyni zamanda, oxuculara sonradan Ermənistan adlanan və əslində, Azərbaycan torpaqları olan ərazidəki doğma yurdlarından qovulmuş azərbaycanlıların tarixi və qanuni hüquqları barədə real həqiqətlər də təqdim edilib. (AZƏRTAC)

Oxşar xəbərlər