20.09.2024, 10:26
AZ EN
24.05.2024, 09:12 255

Qazaxın kəndlərini tərk edən ermənilər evləri yandırır

XƏBƏRLƏR

Ermənistanın Azərbaycanla sərhədindəki Tavuş (Tovuzqala) vilayətinin Kirants (Xeyrimli) kənd sakini sərhədlərin delimitasiyası prosesində həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikilini yandırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə görüntülər ötən axşam ermənilərə məxsus teleqram kanallarında yayılıb. Görüntülərdən məlum olur ki, polis əməkdaşları və qonşular yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyiblər.

Revanşist əhval-ruhiyyəli ermənilərin Azərbaycana məxsus əraziləri tərk edərkən  evləri yandırması sosial şəbəkələrin Azərbaycan sekmentində də narazılıqla qarşılanıb. Eyni zamanda ermənilərin bu hərəkəti Ermənistandakı bəzi dairələr tərəfindən də  pislənilib.

Xatırladaq ki, ermənilər Vətən müharibəsindən sonra Ağdamı və Kəlbəcəri, 2022-ci ildə isə Laçını tərk edərkən də meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər