"Vətən səsi" xəbər verir ki, bunu rusiyalı ermənipərəst analitik Stanislav Tarasov Ermənistan mətbuatına açıqlamasında bildirib. O, təəssüflə qeyd edib ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız davranışdan sonra Bakı ilə Moskva arasında münasibətlərin gərgin inkişafı region üçün yaxşı heç nə vəd etmir.
Rusiyanın Cənubi Qafqaz regionunda əvvəlki nüfuzunu itirdiyini deyən ermənipərəst politoloq hesab edir ki, hazırda həm Ermənistanın, həm də Azərbaycanın ictimai-siyasi həyatında davam edən proseslərin bir-birinə sıx bağlıdır. Stanislav Tarasovun fikrincə, indi hər iki ölkə bir-biri ilə dil tapmağa və tədricən Rusiyanın təsir dairəsindən çıxmağa çalışır. Onun qənatinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də ilk dədə Türkiyəyə işgüzar səfər etməklə Əliyev və Ərdoğanla eyni komandada olduğunu göstərdib: “Paşinyan, Əliyev və Ərdoğan eyni komandadadır. Bakı böyük geosiyasi oyuna girib. İndiki mərhələdə hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir, axı, Rusiyada 2 milyon azərbaycanlı yaşayır”.
Elxan SALAHOV