Bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işlərinin aparıldığını söyləyən dövlətimizin başçısı bildirib: “İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər”. (AZƏRTAC)