Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.
O bildirib ki, artıq Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir. Bunların içərisində Laçın şəhəri, Zabux kəndi və Füzuli şəhərini xüsusilə qeyd edə bilərik. Bu proses həmin yaşayış məntəqələrində tam yekunlaşmadığı üçün ailələrin köçürülməsi bundan sonra da davam edəcək.
“Füzulidə hazırda 70 ailə yaşayır. Sentyabrın 7-si, 11-i və 15-i daha 74 ailənin Füzuli şəhərinə köçürməsi planlaşdırılır. Beləliklə, Füzulidə yaşayan ailələrin sayı 144-ə çatacaq. Sentyabrın sonuna qədər 260, ilin sonunadək isə mərhələli şəkildə 846 ailənin Füzuliyə köçürülməsi planlaşdırılır", - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib. (AZƏRTAC)