19.10.2024, 05:31
AZ EN
03.09.2022, 11:00 176

31 il əvvəl...

XƏBƏRLƏR
  • ...1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. Ali Məclisin fövqəladə sessiyasında qəbul edilmiş bu qərar Azərbaycanın siyasi həyatında yüni bir mərhələnin başlanğıcı oldu. Özünün zəngin siyasi təcrübəsi ilə yenidən dövlət idarəçiliyi sisteminə qayıdan Ulu Öndər Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etməklə, həm də bütövlükdə Azərbaycanın müstəqilıiyi üçün önəmli addımlar atdı...  

Heydər Əliyevin rəhbərliyi ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi.

Ulu öndər həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu. Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan o vaxt Naxçıvan Muxtar Respublikasında yaranmış ağır sosial-iqtisadi vəziyyəti yüngülləşdirmək məqsədi ilə rəsmi təmaslar quruldu.

Azərbaycanın bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı nailiyyəylər, zəfərlər uğurla davam etdirilən Heydər Əliyev siyasətinin gücünü, qüdrətini təcəssüm etdirir.

Oxşar xəbərlər