25.04.2025, 12:26
AZ EN
08.11.2023, 18:57 264

Mixail Qusman: Azərbaycanın Xankəndi üzərində dalğalanan Bayrağı qələbənin və ədalətin rəmzidir

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan Bayrağı Xankəndi üzərində qürurla dalğalanır və bizim hər birimizi bu münasibətlə təbrik etmək olar.

Bunu TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

O deyib: "Noyabrın 8-i Azərbaycan üçün nurlu, tarixi gündür. 2003-cü il oktyabrın 31-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğal olunmuş əraziləri qaytaracağına, Qarabağ üzərində Azərbaycan Bayrağını qaldıracağına and içib. Bu gün həmin Bayraq Qarabağın mərkəzində - Xankəndidə dalğalanır. Bu gün Ali Baş Komandan İlham Əliyevin iştirak etdiyi hərbi paradda Azərbaycan Bayrağı Qələbənin, işğaldan azad olunmuş torpaqların, Azərbaycan xalqının qürur hisslərinin və ədalətin rəmzi oldu. Bu münasibətlə bizim hər birimizi təbrik etmək olar. Bayramınız mübarək!" (AZƏRTAC)

Oxşar xəbərlər