05.02.2026, 14:51
AZ EN
05.02.2026, 12:35 82

Ədliyyə naziri: Azərbaycanda hüquqşunas çatışmazlığı var

XƏBƏRLƏR
  • Azərbaycanda hazırda hüquqşünas çatışmazlığı var.

Bunu ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

O bildirib ki, ölkənin təhsil müəssislərindən hər il təqribən 1400 hüquqşünas məzun olur:

"Azərbaycanda ümumilikdə hər 100 min vətəndaşa 14 hüquqşunas düşür. Digər ölkələrlə müqayisədə bizdə hüquqşünaslar azdır. Vəkillərin sayına baxanda isə görürük ki, hər 100 min vətəndaşa 28 vəkil düşür. Biz bu göstəricələr üzrə Avropadan geridəyik. Bundan başqa, Azərbaycanda hər 100 min vətəndaşa 1,5 notarius düşür. Həmçinin Azərbaycanda hakimlərin sayı da Avropa ilə müqayisədə iki dəfə azdır. Yalnız prokurorluq orqanları əməkdaşlarının sayında digər Avropa ölkələri ilə eynilik müşahidə edilir". (Report)

Oxşar xəbərlər