Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını icra etməyə hazırdır”. (Report)