Bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial şəbəkəsində yazıb.
“Daha əvvəl imtina etmələrinə baxmayaraq, ötən gün Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə görüşüblər. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur və onlara uğurlar arzulayıram”, - o qeyd edib.
Onun sözlərinə görə, görünən odur ki, xarici ekspertlər hələ də özlərinin tam fiaskoya uğradıqlarını etiraf etməkdən və 2020-ci ildə aydınlaşan, nəhayət, 2023-cü ildə daha da möhkəmlənən reallıqla barışmaqdan imtina edirlər: “Bu kənar müdaxiləyə son qoymaq məqsədilə addımlar atmağın vaxtı çatıb”. (Report)