-Mən bir film çəkmişdim, “Hər şey yaxşılığa doğru”. Deməli, bu film Birinci Qarabağ müharibəsi haqqında idi. Amma gülməli film idi. Tradikomik janrında çəkmişdim. Çoxları deyirdilər ki, müharibə haqqında necə belə gülməli olur. Mən sonra bildim ki, Ulu Öndər Heydər Əliyev bu filmə baxıb və bu film onun sevimli filmləri arasındadı, sevimli filmlərindən biridir. O vaxt mənə dedilər ki, Bakıda MDB Mədəniyyət Nazirlərinin Sammiti keçirilib və orda mədəniyyət nazirlərinə Heydər Əliyev deyib ki, elə-belə vaxtı keçirməkdənsə, gedin, Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filminə baxın.
Xalq artisti, kino-rejissor Vaqif Mustafayev deyib ki, Heydər Əliyev haqqında ərsəyə gətirdiyi filmlərinin çəkiliş proseslərinin hərəsi ayrılqda elə bir filmdir: “Hər çəkiliş öncəsi və sonrası xatirələrlə doludur: “Bir gün Heydər Əliyev zəng elədi mənə, əlaqə saxladı və dedi ki, gəl, sənə şəxsi həyatımı danışım. Bu, inanılmaz bir haldır, çox sevincli bir haldır ki, o böyüklükdə Şəxsiyyət sənə zəng edir və deyir ki, gəl sənə şəxsi həyatımı danışım. Açığı mən çox çəkinirdim ki, mən Ulu Öndərimizlə üzbəüz necə əyləşəcəm, O mənə şəxsi həyatını danışacaq. Amma O qeyri-adi daxili azadlığıyla, zarafatıyla, sonra darağı çıxarıb saçını darayırdı, yəni özü ab-hava yaradırdı ki, qarşısında oturan insan çəkinməsin və qarşıda oturan insan özünü rahat hiss eləsin”.
Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” ekran əsəri ən çox sevilən filmlərdəndir. Bəlkə də filmin belə uğurlu alınmasının səbəbi Ulu Öndərin səmimi söhbətindən irəli gəlir. Hətta bu əsər Ümummilli Liderin şəxsən Vaqif Mustafayevə zəng eləməsi ilə yaranıb. Film boyu Heydər Əliyev Zərifə xanımla olan sevgi nağılını bütün dünyaya danışır və bu səmimi hisslər əbədiləşdirilir: “Daha doğrusu o yaratdı bu filmi, mən yox. Çünki O elə bir dramaturji, yüksək məharətlə, (O, çox böyük professional idi axı, bütün sahələrdə, elə kino sahəsində də) böyük məharətlə, dramaturji məharətlə deməli, əvvəlin, ortasın, kulminasiyasın sonun öz söhbətini elə danışdı ki, onun mantajında çox böyük çətinliklər çəkmədim və o film alındı. O film 2002-ci ildə avqustun 2-də “Kino günü” günü Heydər Əliyev özü də sarayda idi, indi onun adını daşıyan sarayda göstərildi. Moskvadan 2 akademik gəlmişdi: Nokalayev və Kuzin, Ona filmin qəhrəmanı kimi mükafat təqdim etdilər.
Heydər Əliev deyir: “Nazir İmilyanov məni bir də dəvət etdi. Dedi ki, mən sənə bəs xəbərdarlıq etmişdim.
-Dedim etmişdiniz.
-Dedi sən bəs bunu niyə yerinə yetirməmisən?
-Mən ona cəsarət etdim, dedim, bilirsiniz nə var, mən bu qızı sevirəm, qız da məni sevir. İndi mən nə cür bundan ayrılım”.
Bəli, eyniylə bu sevgi nağılı kimi belə sevən şəxsiyyətlər də tarixə çevrilir. Dərin baxışların arxasında elə böyük bir sevgi yatır ki, Vətənə, torpağa, millətə, işinə, insanlara, sənətə, sənətkara və əlbəttə ki, Zərifə xanıma. Yalnız özü kimi dahilər belə əfsanəvi sevə bilərdi.
Hazırladı: Tahirə AĞAMİRZƏ