16.10.2025, 03:51
AZ EN
15.10.2025, 23:20 115

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

XƏBƏRLƏR
  • Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycanın kişilərdən ibarət millisinin üzvləri Vətənə qayıdıb.

Idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

İdmançıları hava limanında media nümayəndələri, idman həvəskarları qarşılayıblar.

Qeyd edək ki, qitə yarışında 13 xal toplayan Azərbaycanın kişilərdən ibarət komandası yarışı ikinci pillədə başa vurub.

Qadınlardan ibarət Azərbaycan yığma isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub. (Report)

Oxşar xəbərlər