16.10.2025, 15:14
AZ EN
16.10.2025, 10:07 222

Vətən müharibəsi iştirakçısı aktiv fəaliyyətini uğurla davam etdirir

XƏBƏRLƏR
  • Şanlı Zəfər tariximizə öz adını yazdıran igidlərimizdən biri də Vətən müharibəsi iştirakçısı Allahverən Nurəliyevdir.

Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanan qəhrəmanımız bu gün aktiv həyata geri dönüb və Dövlət Məşğulluq Agentliyində əmək fəaliyyətini uğurla davam etdirir.

O, özü haqqında belə deyir:

“Mən Nurəliyev Allahverən 1991-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2008-ci ildə Azərbaycan Ali hərbi məktəbinə daxil omuşam. 2012-cu ildə leytenant hərbi rütbəsi ilə xidmətimə başlamışam.

2020-ci ilin 27 sentyabrında başlayan müharibəyə Füzuli istiqamətində gedən döyüşlərə qatıldım. Sentyabr ayının 27-si Qaraxanbəyli istiqamətində minaya düşdüm. Hadisənin şokundan özümdən getmişdim. Ayılanda  Ağcabəti Mərkəzi Xəstəxanasındaydım artıq. Orda müalicəm yekunlaşandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində olan Dövlət Məşğulluq Agentliyində işə qəbul oldum. Deyim ki, əlillik məhdudiyyət deyil, sadəcə bu günə kimi başıma gələn hər bir iş mənim üçün qəbuldu. Əlillər üçün  yetərincə reabilitasiya, adaptasiya,  peşə mərkəzləri və yaxud sosial işlərlə bağlı mühitlər var.

Dostlara, qazi qardaşlarıma və yaxud ümumi səbəbdən əlilliyi olanlara da bildirmək istəyirəm ki, aktiv olsunlar, aktiv həyata qayıtsınlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər