23.12.2024, 08:19
AZ EN
30.07.2024, 08:42 318

Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq

XƏBƏRLƏR
  • Valideynlərim həmişə mənə Şuşa barəsində danışırdılar. Deyirdilər, biz mütləq ora qayıdacağıq, səni İsa bulağına aparacağıq.

Bunları Şuşanın 10 yaşlı sakini Zəhra Quliyeva deyib.

“Şuşaya getməyimə çox sevinirəm. Hiss edirəm ki, öz yurduma qayıdıram. Sevincimin həddi yoxdur.

Şuşada yeni rəfiqələrim olacaq. Axır ki, bu şəhəri görə biləcəyəm. Orada məktəbə gedəcəyəm, təhsilimi davam etdirəcəyəm”, - Z.Quliyeva əlavə edib.

Z.Quliyeva qeyd edib ki, valideynləri Şuşanın gözəl təbiətini daim təsvir ediblər: “İgid əsgərlərimiz Şuşanı işğalçı ermənilərdən azad etdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”. (Report)

Oxşar xəbərlər