15.03.2025, 00:22
AZ EN
04.10.2023, 16:30 283

Rus dilində Ulu Öndərə həsr edilmiş kitab çap edilib

XƏBƏRLƏR
  • Daşkənddə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı rus dilində “Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” adlı toplu çap olunub. 

Kitab Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin giriş məqaləsi ilə açılır. Orada deyilir ki, Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur. Ölkəmizin çətin günlərində Azərbaycan xalqı onu Bakıya dəvət edib və müstəqillik illərində, çətin vaxtlarda dövlətmizin başçısı seçilib. Heydər Əliyev haqqında çox yazılıb və bundan sonra da bu böyük siyasətçi haqqında tədqiqatçılar kitablar, məqalələr yazacaq. Azərbaycanın məktəblərində və ali təhsil ocaqlarında Heydər Əliyevin həyat və fəaliyyəti öyrədilir. 

Səfir vurğulayıb ki, Ulu Öndər Özbəkistanın böyük dostu olub. 

Qeyd edək ki, kitabda 15 məqalə yer alıb. 

Topluda Özbəkistan Ali Məclisinin deputatı Dilmurad İsmayılovun, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovun, Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin, professor Babaxan Məhəmməd Şərifin, Mərkəzi Asiyada Strateji və Millətlərarası Tədqiqatlar Beynəlxalq İnstitutu direktorunun müavini Şirzad  Fayziyevin, bu institutun baş elmi işçisi Azər Adıgözəlovun, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının və başqalarının materiallarında Ulu Öndər Heydər Əliyev dünya şöhrətli siyasətçi, Türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının inkişafına həsr edən rəhbər kimi xarakterizə ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR