16.10.2025, 04:05
AZ EN
15.10.2025, 23:45 118

Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub

XƏBƏRLƏR
  • Almaniya Parlament Cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.

O, qeyd edib ki, Almaniya Parlament Cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-lərin iştirakı ilə maraqlı müzakirə keçirilib. "Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik", - H.Hacıyev qeyd edib.(Report)

Oxşar xəbərlər