"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Rusiya hakimiyyətindəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Kreml İrəvana siyasi emissar göndərməyi dayandırıb və ölkəni tərk edərək Rusiyadan razılıq gözləyən erməni siyasi xadimləri ilə diplomatik formada qarşılıqlı əlaqədən imtina edir.
Bundan başqa, Moskva Ermənistan siyasi qüvvələrinin seçki ərəfəsində maliyyə dəstəyi ilə bağlı müraciətlərini rədd edib. Nəşrin yazdığına görə, Rusiyanın hakim dairələri 44 günlük müharibədən sonra Ermənistandakı maraqlarını əsasən Erməni Apostol Kilsəsi və keçmiş prezident Robert Köçəryan vasitəsilə qorumağa, həmin qüvvələrin köməyi ilə proseslərə təsir etməyə çalışırdı. Lakin nə keşişlər, nə də Köçəryanın lideri olduğu müxalif qüvvələr Kremlin təlimatlarını lazımi səviyyədə yerinə yetirə bilməyib. Ötən il Paşinyan hakimiyyətinə qarşı kütləvi aksiyalar keçirmiş keşiş Baqrat Qalstanyanın bu ilin yazında həbs olunmasından, ardınca Moskvanın "desant" olaraq Ermənistana göndərdiyi milyarder Karabetyanın da eyni qaibətlə üzləşməsindən sonra Kremlin İrəvana təsir imkanları tamamilə itirilib. Buna görə də Moskva İrəvandakı müxalif qüvvələə maliyyə yardımını da dayandırıb.
Xatırladaq ki, Rusiya Ermənistandakı siyasi müxalifətin əsas qanadının lideri kimi tanınan keçmiş prezident Robert Köçəryan son günlər hazırkı hakimiyyətə qarşı sərt ittihamlar səsləndirsə də, Nikol Paşinyan özü və komandası onu susdura bilib. Dünən Ermənistanda Araqatsotn yeparxiyasının 6 keşişin həbs olunması ida müxalif qüvvələrin zərərsizləşdirilməsinin tərkib hissəsi kimi dəyərləndirilir. Saxlanılanlar arasında yepiskop Mkrtıç Proşyan da var. Lakin rəsmi İrəvan məsələ ilə bağlı açıqlama verməyib, həbs edilən keşişlərin hansı cinayətlərdə ittiham olunduqları hələ məlum deyil.
Elxan SALAHOV