21.11.2024, 14:29
AZ EN
14.12.2023, 17:56 298

Ulu Öndər insanları tək-tək dinləyirdi...

XƏBƏRLƏR
  • Bu il Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində müxtəlif tədbirlər həyata keçirilib və bu gün də davam edir.

Ulu Öndəri yaxından tanıyan, bu böyük şəxsiyyətlə  ünsiyyətdə olmuş insanlar da, yubiley ərəfəsində öz ürək sözlərini məhəbbətlə xalqa çatdırmaqdan qürur duyurlar. Belə insanlardan biri də  çətin zamanda Naxçıvanda Ulu Öndərin mühafizəçisi olmuş Mübariz Pənahovdur. O, Azad Azərbaycan televiziyasının “Xəbərin olsun” proqramına müsahibə verib. M.Pənahov bildirib ki, Ulu Öndər o vaxt Naxçıvana gələndə çox çətin vaxt idi. Elə bil Allah insanlara bir xilaskar kimi onu gönədərmişdi. O, gecə saat 2-yə qədər lampa işığında çalışırdı. “1992-ci ilin oktyabrında Naxçıvanda çevriliş cəhdi oldu, televiziyanı zəbt elədilər. Onda mən könüllü olaraq öz yaxınlarımla Naxçıvana getdim. Əvvəlki hakimiyyət üç dəfə məni həbs eləmişdi. Ulu Öndərin şəxsi təşəbbüsü ilə azad olunmuşdum. Bütün ağır günlərdə mən də bu böyük insanın yanında oldum. Bu gün də qürurluyam ki, dünyada tək-tək sayılan liderlərdən olan Heydər Əliyevin mühafizəçisi olmuşam”.

M.Pənahov söyləyir ki, rəhbər insanlar adətən onlara yaxınlaşan sadə adamlara imkan vermirlər. Amma Ulu Öndər insanları tək-tək dinləyirdi. O, insanların baxışından nə deyəcəklərini anlayırdı. Çətin şəraitdə yaşayan köçkünlərlə görüşəndə ona ağır təsir edirdi. Onun gözlərindən bunlar hiss olunurdu...

“1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin yanvarında onun ilk təsis konfransı Şərurdan start götürdü. O vaxt çox çətin idi, ancaq konfransın təhlükəsiz keçməsinə nail olduq.  

Onun xəstələnməsi və dünyasını dəyişməsi xəbərini eşidəndə sarsıldım”.

Mina RƏŞİD   

Oxşar xəbərlər