Bakıda Ulu Öndərə və Azərbaycan multikulturalizminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
XƏBƏRLƏR
İyunun 1-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Azərbaycan Respublikasının Milli Məclisi və MDB Parlamentlərarası Assambleyasının (PA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin nümayəndələri iştirak edirlər.