Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, saat 10:00-da başlayacaq marafon “Dəniz Mall” ticarət mərkəzinin qarşısından Bayraq meydanınadək 5 kilometr dairəvi məsafəni əhatə edəcək.
Marafonun qaliblərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.
Marafonun son qeydiyyat tarixi sentyabrın 25-dir. Qeydiyyatdan keçən şəxslərə əlavə məlumat veriləcək.
Qeydiyyatdan keçmək üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSezyAbQJexzg-Svtm4M8A0M9sxFWlMynxVZGvEz525_Z8orSQ/viewform
(AZƏRTAC)