Buradaca bu məsələyə iki təzadlı nöqtədən baxışımızı qeyd edək:
Bu tədbirlərin milli dövlətçilik şüurunun, azərbaycançılıq məfkurəsinin, Heydər Əliyevin dövlətçilik ideyalarının cəmiyytdə, xüsusilə gənclər və yeniyetmələr arasında təbliği, daha aydın dərk edilməsi baxımından, eyni zamanda milli həmrəyilik və ideoloji düşüncələrin eyni istiqamətə fokuslaşmasında çox böyük rolu vardır.
İkinci baxış. Eynşteyn müxtəlif riyazi çevrilmələr, uzun düstur və tənliklərin sonunda E =MC2 düsturna çıxanda təcüblənir, heyrətlənir, bir az da təəsüf hissi keçirir ki, bu qədər zəhmətin sonunda bu cür sadə düstur? Heydər Əliyevin bütün həyat və fəaliyyətinin nəticələrini də sadələşdirsək, müstəqil, regionda və dünyada söz sahibi olan, qalib Azərbaycan, azərbaycançılıq məfkurəsilə düşünən vətəndaşlar çoxluğu görərik. 2+2=4 edir, bunu riyaziyyatçılar yaşatmırlar, bu özü həqiqətdir. Həqiqətin heç nəyə ehtiyacı yoxdur, o sadəcə var. Və ya Eynşteynin düstrunu fiziklər yaşatmırlar, o həqiqətdir, əksinə, onlar və riyaziyyatçılar bu həqiqətləri öyrənməklə bilik və peşə yiyəsi olurlar.
Heydər Əliyev dünyasını dəyişəndən sonra, indi Onun həyat və fəaliyyətinə həsr edilmiş yüzlərlə tədbirlər keçirilib, gələcəkdə də keçiriləcək. Minlərlə insan çıxış edib, on minlərlə insan dinləyib, tamaşa edib və ya bu barədə oxuyub. Ancaq bunların Heydər Əliyev fəaliyyətinin mahiyyətinə təsiri və dəxli yoxdur, çünki o həqiqətdir, sadəcə, var: mərhum professor Abbas Zamanovu Nizaminin yaradıcılığı ilə bağlı Fransaya göndərtdirib, bunu bəhanə edib, KQB-nin caynağından qurtarmaq, hətta fiziki məhvi planının qarşısını almaq hadisəsi olub axı... Cavidin məqbərəsi yerindədir, Bakının yaşıllıqları, yerli və dünyanın bir çox flora vilayətlərindən olan ağac və kolları yarpaqlayıb, çiçəkək açırlar, özümüzə azərbaycanlı deyirik, bununla fəxr edirik, dilimizə Azərbaycan dili deyirik, onunla qürur duyuruq, güclü ordumuz, qüdrətli dövlətimiz var, qalib ölkəyik, dünyada bayrağımızın yeri uca və möhtəşəmdir. Bunlar hamısı həqiqətdir. Heydər Əliyevin fəaliyyəti, qoyduğu azərbaycançılıq yolunun Prezident, Ali Baş Komandan İlham Əliyev, xalqımız və dövlətimiz tərəfindən zəhmətlə, ağılla, vətənpərvərlikə ardıcıl getməyinin, şəhid və qazilərimizin qəhrəmanlıqlarının nəticələridir.
Heydər Əliyevin dövlətçilik ideyalarının fəlsəfi əsaslarının nüvəsində sabitlik, ardıcıllıq, reallıq və əməli fəaliyyət dayanır:
- Azərbaycan dövlətinin siyasəti, mövqeyi və münasibətləri aydındır. Bunu dünya təsdiq edir. İlham Əliyev demişəkən: “Sözümüz imzamızıdr”. Bu sadə və asan məslə deyil.
- Azərbaycan dövlətinin siyasətində, fəaliyyətində dünən, bu gün və gələcək zaman xəttində məntiqi ardıcıllıq, alqoritm var. Siz müstəqillik dövründə Heydər Əliyevin, 2003-cü ildən bu tərəfə İlham Əliyevin bütün çıxışlarna baxın, sanki mürəkkəb tənliklərin ardıcıl həlli çevirmələrini xatırladır. Ciddi ziddiyyətlər və ya təkziblər yoxdur. Ona görə ki, ağlın yolu birdir, sadədir, həqiqətdir. Yol azərbaycançılıq yoludur.
- Siyasi, ideoloji düşüncələr, əməllər reallıqlara cavab verməlidir və praktikada özünü doğrultmalıdır. Onda həqiqət olur. Biz iddia edə bilərik ki, Marsı tutub, Azərbaycana endirəcəyik. Bu, sadəcə, gülməli olcaq, belə bir şey real olmayacaq. Çox pafoslu sözlər demək olar. Eyni zamanda, real fikir də söyləmək olar. Ancaq bu, hələ fikirdir. Onu reallaşdırmaq lazımdır. Heydər Əliyev müstəqil elan edilmiş Azərbaycanın dövlətçiliyini reallaşdırdı. Biz bir qurup müxtəlif ixtisaslı insan yığışaq bir yerə, elan edək ki, bura hərbi hissədir. Ora hərbi hissə olur? Onun üçün hərbiçisi, komandiri, əsgəri, tankı, “payok” la səhər yeməyi, başlıcası isə sıra düzülşü, nizam intizamı olmalıdır.
- Əməli fəaliyyət düzgün və ardıcıl seçilmiş planlar əsasında zəhmət çəkib iş görməkdir. İlham Əliyevin dediyi kimi: “Ən böyük siyasət real iş görməkdir”. Məsələn, Şuşanı azad etmək, ora yol çəkməkdir.
Heydər Əliyevin fəaliyyət dövrü qlobal zaman içində AZƏRBAYCAN ZAMANIDIR.
Bu il biz də bir qurup ziyalı olaraq “HEYDƏR ƏLİYEV-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur”, “Heydər Əliyevin Azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları”, “Heydər Əliyev və Azərbaycan dilinin qorunması”, “Heydər Əliyev və əbədiyaşarlıq”, “Heydər Əliyev ideyaları və Azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““Sarvansız zamanlar” əsərlərinin nümunəsində” mövzuları əsasnda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, YAP Sabunçu Rayon Təşkilatında və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində konfranslar keçirdik. Niyə “konfrans” deyirəm, bu tədbirlərin hər birində 15-20 alim, yazıçı, şair, ziyalı təbii, intellektli və çox əhəmiyyətli, elmi əsaslarla çıxışlar ediblər. AYB üzvləri: tənqidçi, yazıçı, Əsəd Cahangir, “Kredo” qəzetinin baş redaktoru, yazıçı-şair Əlirza Xələfi, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Səfərov Qaracaylı, Əməkdar mədəniyyət xadimi Qəşəm Nəcəfzadə, yazıçı-şair Arzu Əsəd, şair-yazıçı Hacı Loğman Qorqud, şair Hacı İlham Qurbanoğlu, yazıçı Lətifə Əliyeva, yazçı-tənqidçi Kənan Hacıyev, Etibar Yaqubov, İlham Qazaxlı, şair Elşad Barat, Famil Mədət, AMEA-nın əməkdaşları: f.e.d. Mərziyyə Nəcəfova, f.ü.f.d., Sənan Həsənov, f.ü.f.d., t.ü.f.d. İlham Həsənov, dosent Zeynəddin Şabanov, tarix üzrə fəlsəfə doktoru Yaqut Emirova, Arzu Musayeva, Elm və Təhsil Nazirliyinin əməkdaşı, fil.ü.f.d., şair Adilə Nəzər, aqrar elmlər doktoru Vüqar Səlimov, ADPU əməkdaşı f.ü.f.d., dosent Yeganə Qəhrəmanova, fil.ü.f.d. Ləman Süleymanova, Alim İsmayılov, Habil Seyidov, Razi Məmmədov, Vüqar Qasımov, Araz Qarayev məhz belə ziyalılardır.
Bu tədbirlərin fərqli cəhəti o idi ki, hər hansı təşkilat, inzibati qayda olmadan, könüllü və öz ziyalı mövqelərini ortaya qoyan, hərəsi öz sahəsində çox dəyərli vətəndaşlar iştirak etmişlər. Tədbirlərimiz davam edəcək. Qoşulmaq istəyənlərə qapı açıq, yanımızda yer genişdir.
Ziyalı düsturunun şərtləri çox ağırdır, məsələn “Vətən, Xalq üçün real, faydalı nə etmisən?” sualına tutarlı cavab vermək lazımdır.
Ümumiyyətlə, ziyalı kimdir?
Ziyalı, ilk növbədə, huşu kəsən, intellekti, idrakı, ağlının işığı olan şəxsdir.
Yaratdığı həqiqi dəyərləri olan şəxslərdir, desinlər ki, ay camaat, bax, bu elmi, mədəni dəyərləri mən yaratmışam, bu problemlərinizə işıq salmışam, haqqım var ki, sizlərin ziyalısı olum.
Sonra bu işıqda, ilk növbədə, ən böyük həqiqəti – özünü, sonra isə digər həqiqətləri görən bilən, ədalətlə, cəsarətlə deyə bilən güzgü-insandır.
Xalqın, Dövlətin, rəşadətli, dünyada yeni fenomen – Azərbaycan əsgərinin, Ali Baş Komandanın möhtəşəm, tarixi qələbəsinə, hazırda davam edən Böyük Qaydışın mahiyyətini, azərbaycançılıq ideyalarını, milli dövlətçilik şüurunu dərk edən, öz nuru ilə işıqlandıran insanlardır.
Qələbədən sonrakı Azərbaycanın yeni ziyalıları – Şuşaya, Zəngəzura, İrəvana, Bütöv Azərbaycana düşəcək işıqlıqda nurları olan ziyalıları yetişməlidir.
Bu həqiqətdir, vacibdir.
Azərbaycanlı ziyalının üz-gözündə, düşüncə və əməllərində, yaratdığı dəyərlərdə üç rəngli spektrlə Azərbaycan işıqlanmalıdır.
Elə əsl azərbaycanlı ziyalısı da Zaman içində Azərbaycan zamanı olmalıdır.
Azərbaycanımızda çoxlu dəyəqli, ziyalı, istedadlı insanlar var. Onların həmrəyliyi cəmiyyət üçün vacibdir, nümunədir. Sevindirici və faydalı haldır ki, bu konfransların təşkilatçlığı, keçirilməsi zamanı əvvəllər bir-birlərini tanımayan və ya qiyabi tanıyan alim və yazıçılar, ziaylılar arasında xoş münasibət, həmrəylik dostluq yaranıb.
Bu da Heydər Əliyev işığının azərbaycançılığa verdiyi töhfə və real, faydalı hadisədir.
Sadıq QARAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
b.ü.f.d. dosent