16.10.2025, 12:52
AZ EN
16.10.2025, 08:00 212

Qərbi Azərbaycan Xronikası: "Türk" adlı yarımtanrı: Herakl analoqu kim idi?

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bizans dövlətini kim qurdu: yunanlar, yoxsa prototürklər? adlı veriliş hazırlanıb.

Verilişdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Qərbi Azərbaycan etnonimlərindən danışıb.

O bildirib ki, Qərbi Azərbaycanda etnonimlərin ən qədimləri türkcədir: "XIII əsrə qədər "alman" adlandırılan xalq türk dillərinə qohum olan dildə danışırdı. Qədim alman dili türk dilinə qohum olan dildir. Franklardan öncə Avropada türk dilli izlər mövcuddur. Qədim hayların panteonunda qəhrəman "Türk" var. 387-ci ilə qədər "erməni dili" heç harda yoxdur".

Filoloq etnonimlərin önəmi, Alban kilsələrinin kimin mirası olmasından, İrəvan adının İr-eba-İrəvan-Yerevan formatında üç dəfə dəyişməsindən, "Er" və "Ər", "Ay" və "Hay" sözlərinin anlamından, Alman və Arman tayfalarının sirrindən söz açıb, erməni mifində qartal simvolu və türk izləri, Bizans dövlətini yunanların, yoxsa prototürklərin qurması, xristian azərbaycanlıları və Qafqazın demoqrafiyası, Anadolu–Qafqaz–Fələstin xətti: türk imperiyalarının coğrafiyası, "Armeniak" adının arxasında gizlənən tarix, Orxon–Yeniseydən Qafqaza: türk izlərinin xronikası ilə bağlı fikirlərini açıqlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.(Report)

Oxşar xəbərlər