Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.
Yürüş noyabrın 18-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar. (AZƏRTAC)