Bunu Qazaxıstan Parlamenti Məclisinin deputatı Oljas Kuspekov Bakıda keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Heydər Əliyev həqiqətən unikal tarixi şəxsiyyət və görkəmli siyasətçi idi: “Müstəqil Azərbaycanın möhkəm bünövrəsinin əsasını məhz o qoyub”.
O.Kuspekov vurğulayıb ki, Heydər Əliyevin səyləri sayəsində Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib: “Ulu Öndər Azərbaycanın mədəni müxtəlifliyinin əsl qoruyucusu idi. Onun baxışı ölkədə dəyişikliklər üçün katalizator rolunu oynayıb”.
Deputat qeyd edib ki, iki ölkə xalqlarını çoxəsrlik qardaşlıq telləri bağlayır: “Azərbaycan və Qazaxıstan arasındakı əlaqələr qarşılıqlı hörmət və əməkdaşlıq nümunəsidir”. (Report)