Milli Məclisin deputatı Ceyhun Məmmədov seminarda iştirak edib. Səfər çərçivəsində Naxçıvan şəhərində Heydər Əliyev muzeyini ziyarət etdiklərini vurğulayan deputat qeyd edib ki, muzeyin fondunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır: "Muzeyin tərtibatı burada nümayiş olunan eksponatlar məni heyran etdi. Allah müasir Azərbaycanın qurucusu, ömrünü Azərbaycan xalqının xilasına və xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərə rəhmət etsin!",-deyə C.Məmmədov vurğulayıb.
Tahirə AĞAMİRZƏ