Tədbirdə RİH-in başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatı aparatının məsul işçiləri, partiya fəalları iştirak edirdilər.
Ağacəkmə aksiyasından sonra RİH başçısı Malik İsaqov parkda və qəsəbə ərazisində asudə vaxt keçirən sakinlərlə görüşdü, onların bayramlarını təbrik etdi.
Ümumilikdə ağacəkmə aksiyasında 500-dən çox ağac əkildi.
Tahirə AĞAMİRZƏ