21.11.2024, 18:59
AZ EN
26.04.2023, 15:53 246

Ceyhun Məmmədov: "Milli iqtisadiyyatın formalaşmasında Heydər Əliyevin rolu"

XƏBƏRLƏR

Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:

-Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır.

Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.

Bu gün Аzərbаycаn dünyаdа nеft və qаz ölkəsi kimi tаnınır. Bu gün respublikamızda istehsal edilən neft-qaz xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynayır.

Hazırda neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, eyni zamanda, gələcək üçün, xalqımızın yaxşı yaşaması, ölkəmizin inkişafı üçün ən əsas amildir.

Neft strategiyasının ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtmış oldu. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib.

Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır: "Təsadüfi deyil ki, bunu nəzərə alan Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də Neftçilər günü bayram günü kimi qeyd edilir.

Ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Araşdırmalar göstərir ki, kənd təsərrüfatı Azərbaycan üçün strateji sektordur və qeyri-neft ixracının artmasında xüsusi rol oynayır. Belə ki, ölkənin məşğul əhalisinin çox hissəsi məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir".

Millət vəkili daha sonra vurğulayıb ki, turizm dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindəndir. Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir:

"Azərbaycan bütün bu nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyatın inkişafı sayəsində nail olub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər