01.07.2025, 23:55
AZ EN
07.06.2023, 14:34 421

Musiqili Teatr “Heydər Əliyev ili” çərçivəsində Gəncəyə səfər edəcək

XƏBƏRLƏR
  • Milli Qurtuluş Günü ərəfəsində – iyunun 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq.

Kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən..." adlı səhnə işi ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi Mübariz Həmidov, quruluşçu rejissoru teatrın Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, baletmeysteri  Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır. 

Musiqili-tarixi esse kimi təyin olunan tamaşada teatrın solistləri – Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər