20.11.2025, 03:35
AZ EN
28.10.2025, 10:38 128

Ermənistan türk dünyası ilə ticarət əlaqələri qurmaq istəyir

XƏBƏRLƏR
  • Azərbaycanın Ermənistana qarşı tranzit məhdudiyyətlərinin aradan qaldırılması barədə qərarından sonra iki ölkə arasında mal idxalı üçün yeni imkanlar açıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib. O. qeyd edib ki, Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır. Onun sözlərinə görə Qarabağ münaqişəsi ilə əlaqədar bloklanmış kommunikasiya və əməkdaşlıq yollarını son 36 ildə ilk dəfə qarşılıqlı şəkildə aradan qaldırıla, Bakı və İrəvan arasında idxal-ixrac əməliyyatlarına başlanıla bilər: "Biz nümayiş etdirdik ki, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi bizim idxal tələbatımıza uyğun gəlir və əksinə. Yəni biz bir-birimizə çoxlu mal sata bilərik".

Xatırladaq ki,  Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Ermənistan mətbuatı yazır ki, Poqpsyanın bu açıqlaması rəsmi İrəvanın Bakı ilə ticarət əlaqələrini bərpa etmək istəyindən xəbər verir. Bildirilir ki, rəsmi Bakının tranzit məhdudiyyətlərinin ləğvi istiqamətində atdığı addımı Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət etməklə yanaşı  Azərbaycanın öz gücünə arxayınlığının göstəricisi, eləcə də ölkələr arasında etimad mühitinin formalaşdırılması ilə bağlı tərəddüdlərin aradan qalxmasının təsdiqidir.

Paşinyan hökumətinə yaxın erməni ekspertlərin bildirdiyinə görə, Azərbaycan tərəfi yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaqla Ermənistanın Mərkəzi Asiya ölkələri ilə də iqtisadi-ticarət əlaqələrinin genişlənməsini stimullaşdıracaq. Çünki bu açılım həmin bölgədən Ermənistana yüklərin daşınması üçün məsafəni və müddəti xeyli azaldır. Bu isə Ermənistanın Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrlə idxak-ixrac əməliyyatların daha asan və ucuz başa gəlməsi deməkdir.

Azərbaycanın Ermənistana tranzit yükdaşımaları ilə bağlı məhdudiyyəti aradan qaldırması qonşu ölkənin iqtisadi-ticarət sahəsində müstəqilliyinə də yol açıb. Bu, Ermənistan üçün xüsusilə Rusiyadan iqtisadi asılılığını azalda, İrəvanın Azərbaycan və Türkiyə də daxil türkdilli ölkələrin bazarlarına çıxış imkanlar yarada bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər